“Futbolçularımız əsl qəhrəmandır” Laporta

“Barselona”nın prezidenti Xuan Laporta İspaniya kubokunun finalında “Real” üzərində qələbəni (3:2) şərh edib.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Kataloniya komandasının baş məşqçisi Hans-Diter Flikin də işini dəyərləndirib:

“Möhtəşəm final, əla oyun. Flik matç zamanı düzgün dəyişikliklər etdi və oyunçular bu uğura layiq idilər. Futbolçularımız əsl qəhrəmandır. Bu, kollektiv qələbədir. Hamı çalışır”.

“Barselona” 84-cü dəqiqəyə qədər 1:2 hesabı ilə uduzsa da, daha sonra oyunu əlavə vaxta apara bilib. Jül Kunde 116-cı dəqiqədə həlledici qola imza atıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right