İngiltərə klubu "Bavariya"nın futbolçusu üçün hərəkətə keçdi

“Fulhem” “Bavariya”nın yarımmüdafiəçisi Joao Palinya ilə yaxından maraqlanır. 

Newsport.az “The Mirror”a istinadən xəbər verir ki, İngiltərə klubu portuqaliyalı futbolçunun keçidini yayda reallaşdırmaq niyyətindədir.

Amma “Fulhem” 2024-cü ildə “Bavariya”nın ödədiyi transfer qiyməti qədər pul xərcləmək istəmir. 

Münhen təmsilçisi Palinyanı 35-40 milyon avroya satmağa razıdır. Qeyd edək ki, “Fulhem” 2024-cü il iyulun 11-də 29 yaşlı futbolçunu 55 milyon avro qarşılığında “Bavariya”ya satmışdı. Portuqaliya millisinin üzvü “Sportinq”, “Moreyrense”, “Belenenseş”, “Braqa” klublarında da çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right