“Real”ın mərkəz müdafiəçisi Antonio Rüdiger İspaniya kubokunun finalında “Barselona”ya qarşı oyunda (2:3) davranışına görə 4-12 oyunluq cəzalandırıla bilər.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, hakimin rəyində almaniyalı futbolçunun “texniki sahədən əşya atdığı” üçün qırmızı vərəqə aldığı qeyd olunub. Həmçinin, Rüdigerin təmkinli olmasının lazım gəldiyi bildirilib.
Hadisə Rüdigerin əvəzlənməsindən sonra baş verib. Kilian Mbappe Erik Qarsiyaya qarşı kobudluq etdikdən sonra almaniyalı futbolçu hakimdən narazı qalıb. Müdafiəçi emosiyalarına görə qırmızı vərəqə alıb. Bundan sonra o, daha da əsəbiləşib və hakimə qarşı çıxıb. Komanda yoldaşları onu dayandırıblar, lakin Rüdiger ehtiyat oyunçular skamyasından hakimə buz torbası atıb.