“Mançester Siti”nin hücumçusu Erlinq Haland və yarımmüdafiəçisi Rodri Hernandes zədələrindən sonra məşqlərə qayıdıblar.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, futbolçuların komanda ilə meydanda olan fotoları internetdə yayımlanıb.
Hernandes dizinin çarpaz bağları zədələndiyi üçün uzun müddət meydandan kənarda qalıb. Haland da topuğundan aldığı zədə səbəbindən son bir aydır ki, müalicə alır.
“Şəhərlilər” növbəti matçını İngiltərə kubokunun yarımfinalında “Nottingem Forest”ə qarşı keçirəcək. Oyun aprelin 27-də baş tutacaq. Komanda Premyer Liqada 34 turdan sonra 4-cü pillədə qərarlaşıb.