“Barselona”nın baş məşqçisi Hans-Diter Flik İspaniya kubokunun finalında “Real”a qalib gəldikdən (3:2) sonra təəssüratlarını bölüşüb.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, o, oyunçularını yüksək qiymətləndirib:
“Komanda və klubla fəxr edirəm. Bu böyük oyunçularla işləmək xoşdur. Hər kəs inkişafı davam etdirmək üçün hər gün çox çalışır və mənim üçün bu, ən vacib şeydir. Biz daha bir geridönüşə nail olduq. Bunu kənardan izləmək inanılmaz idi. Oyunçularımız əla xarakterə sahibdirlər”.