“Mançester Yunayted”in Kunya planı

“Mançester Yunayted” “Vulverhempton”un hücumçusu Mateus Kunyanın transfer məbləğini mərhələli şəkildə ödəməyi planlaşdırır.

Newsport.az “The Telegraph”-a istinadən xəbər verir ki, braziliyalı futbolçunun transferi üçün tələb olunan 62,5 milyon funt sterlinq (73,1 milyon avro) hissə-hissə ödənə bilər. Həmçinin, “Vulverhempton”un bu təklifə müsbət yanaşma ehtimalı var.

25 yaşlı futbolçu “Mançester Yunayted”ə keçərsə, onun həftəlik maaşı 200 min funt sterlinqdən (234 min avro) çox olacaq. Bu isə Kunyanı komandanın ən yüksək maaş alan oyunçularından birinə çevirəcək.

Daha əvvəl yayılan məlumatlara görə, klublar artıq Kunyanın transferi ilə bağlı razılığa gəlib.

Kunya cari mövsümdə bütün turnirlər daxil olmaqla 31 oyunda iştirak edib, 16 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Onun “Vulverhempton”la müqaviləsinin müddəti 2029-cu ilin yayına kimi qüvvədədir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right