"Mançester Yunayted" "Çelsi"nin futbolçusunu istəyir

“Mançester Yunayted” Koul Palmeri istəyir. 

Newsport.az "The Independent"ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar” "Çelsi"nin yarımmüdafiəçisi üçün hərəkətə keçib. Mançester təmsilçisi Palmeri nə qədər istəsə də, “Çelsi” onu satmağı düşünmür.

Lakin təzminat yüksək olarsa, “zadəganlar” onun gedişinə icazə verəcək.

Palmer bu mövsüm bütün turnirlərdə 39 oyun keçirib, 14 qol vurub və 9 məhsuldar ötürmə edib.

22 yaşlı futbolçu “Çelsi”dən əvvəl “Mançester Siti”də oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right