"Barselona" "El-Klassiko"da qalib gələrək kubokun sahibi oldu

Bu gecə İspaniya kuboku uğrunda final oyunu keçirilib.

Newsport.az xəbər verir ki, həlledici qarşılaşmada əzəli rəqiblər “Barselona” ilə “Real” üz-üzə gəlib. Sevilyadakı Olimpiya stadionunda təşkil oluna matç Kataloniya təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da "Barselona" İspaniya kubokuna sahib çıxıb.

Qeyd edək ki, oyundan əvvəl “Real”ın son vaxtlar davamlı hakim qərarlarından narazı qalması səbəbindən bu görüşə çıxmayacağı barədə məlumatlar yayılıb. Lakin Madrid təmsilçisi bəyanat yayaraq həmin xəbərləri təkzib edib.

İspaniya kuboku, final

"Barselona" - "Real" - 3:2

Qollar: Pedri, 28, Torres, 84, Kunde, 116 - Mbappe, 70, Tçaumeni, 77

Qırmızı vərəqə: Rüdiger, 120+3 ("Real")





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right