İngiltərə Premyer Liqasında 34-cü turun oyunları keçirilir.
Newsport.az xəbər verir ki, bu gün baş tutan qarşılaşmalar çərçivəsində "İpsviç" səfərdə "Nyukasl"a 0:3 hesabı ilə məğlub olub. Bununla da, "İpsviç" sona 4 tur qalmış Premyer Liqanı bu mövsüm tərk edəcək sonuncu-üçüncü komanda olub.
Qeyd edək ki, daha öncə "Sautqempton" və "Lester"in aşağı liqaya düşəcəyi rəsmiləşib.