Xarici KİV: Mbappe “Barselona” ilə matçı buraxacaq

“Real”ın fransalı hücumçusu Kilian Mbappe İspaniya kubokunun finalında “Barselona”ya qarşı keçiriləcək oyunda komandasına kömək edə bilməyəcək.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, 25 yaşlı forvard zədəsini tam bərpa etmədiyi üçün “el-klasiko”da iştirak etməyəcək.

Kataloniyalılar da zədəli olan əsas hücumçusu Robert Levandovskisiz meydana çıxacaq.

“Barselona” ilə “Real” arasında keçiriləcək final matçı bu gün saat 00:00-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right