İspaniya millisinin və “Atletik”in vingeri Nikо Uilyams “Barselona”nın hücumçusu Lamin Yamal haqda fikirlərini bölüşüb.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Yamalın inanılmaz futbolçu və nələrə qadir olduğunu artıq hər kəsin anladığını vurğulayıb:
“Yamalın qarşısında hələ çox imkanlar var. O, belə davam edərsə, dünyanın ən yaxşısı olacaq. Mən onunla dostlaşdım, bizim çox yaxşı münasibətimiz var”.
Yamal “Barselona” ilə 2026-cı ilin sonuna qədər olan müqavilə imzalayıb və “transfermarkt” portalı onun dəyərini 180 milyon avro olaraq qiymətləndirir.
17 yaşlı hücumçu bu mövsüm 30 oyunda 6 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.