“Atalanta”nın hücumçusu Mateo Reteqi “Mançester Yunayted”ə keçə bilər.
Newsport.az “CaughtOffside”-a istinadən xəbər verir ki, “qırmızı şeytanlar” italiyalı futbolçunu izləyir və yayda onun transferini düşünür.
“Atalanta” 25 yaşlı forvardın dəyərini 60 milyon avro qiymətləndirir. “Mançester Yunayted”in də onu almaq üçün bu məbləği xərcləməyə hazır olduğu bildirilir.
Reteqi bu mövsüm bütün turnirlərdə 44 oyun keçirib, 26 qol vurub və 6 məhsuldar ötürmə edib. Onun “Atalanta” ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına kimi nəzərdə tutulub.