İran çempionatında 22-ci turdan təxirə salınmış oyun keçirilib.
Newsport.az xəbər verir ki, "Traktor" Xuzistanda "Fulad"ın qonağı olub.
Cənubi Azərbaycan bu matçda çətinliklə də olsa, qalib gəlməyi bacarıb.
Aktivindəki xalların sayını 61-ə çatdıran Təbriz klubu liqanın başa çatmasına 3 tur qalmış ən yaxın izləyicisi ilə fərqi 5-ə yüksəldib.