"Barselona"nın 4 futbolçusu "El-Klasiko"da oynamayacaq

"Barselona" İspaniya Kubokunun finalında "Real"la üz-üzə gələcək.

Newsport.az xəbər verir ki, Kataloniya təmsilçisi oyuna ciddi itkilərlə çıxacaq.

Müdafiəçi Alexandro Balde, yarımmüdafiəçilər Mark Kasado, Mark Bernal və hücumcu Robert Levandovski "El-Klasiko"da iştirak etməyəcək. Futbolçuların hər biri zədəlidir.

Uzun müddətdir zədəli olan alman qapıçı Mark Andre ter Ştegen isə sağalıb və onun adı matçın iştirak ərizəsinə daxil ediləcək.

Qeyd edək ki, "Barselona" - "Real" qarşılaşması 26 aprel tarixində Bakı vaxtı ilə saat 00:00-da baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right