Avrokubokların oyunları 1 dəqiqəlik sükutla başlayacaq

Avrokubokların qarşıdan gələn oyunları mərhum Roma Papası Fransiskin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayacaq.

Newsport.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilib: 

“UEFA bu həftə baş tutacaq UEFA Gənclər Liqasının və Qadınlar arasında Çempionlar Liqasının yarımfinal oyularından, həmçinin aprelin 29-dan mayın 1-dək keçiriləcək kişilər arasında avrokubokların yarımfinal matçlarından əvvəl Papa Fransiskin xatirəsini bir dəqiqəlik sükutla yad edəcək”.

Papa Fransisk aprelin 21-də 88 yaşında vəfat edib. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right