İngiltərənin "Arsenal" klubu "Real Sosyedad"ın (İspaniya) yarımmüdafiəçisi Martin Subimendi ilə danışıqlara başlayıb.
Newsport.az ESPN-ə istinadən xəbər verir ki, London təmsilçisi ilə futbolçu arasında danışıqlar ilkin mərhələdədir.
26 yaşlı futbolçunun sərbəst qalması üçün 60 milyon avro ödənilməlidir.
Qeyd edək ki, M.Subimendi cari mövsüm İspaniya təmsilçisinin heyətində 43 oyun keçirib, 2 qol və eyni sayda məhsuldar ötürmə müəllifi olub.