İngiltərənin "Mançester Yunayted" klubu "Vulverhempton"da çıxış edən Braziliya millisinin futbolçusu Mateus Kunyanın transferini tamamlamağa hazırlaşır.
Newsport.az "Goal Brazil"ə istinadən xəbər verir ki, "qırmızı şeytanlar" 25 yaşlı hücumçunun keçidi ilə bağlı razılığa gəlib.
Mançester təmsilçisi forvard üçün klubuna 73 milyon avro ödəyəcək.
Qeyd edək ki, Mateus Kunya cari mövsüm "Vulverhempton"un heyətində 31 oyuna çıxıb, 16 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.