"İnter Mayami"dən məğlubiyyət

"İnter Mayami" KONKAKAF Çempionlar Kubokunun yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində "Vankuver" ilə qarşılaşıb.

Newsport.az xəbər verir ki, görüş Vankuverdə (Kanada) "BC Place" stadionunda keçirilib. Matçda "İnter Mayami" 0:2 hesabı ilə uduzub.

"Vankuver"in qollarını hücumçu Brayan Uayt və yarımmüdafiəçi Sebastyan Berhalter vurub.

Qeyd edək ki, oyunda "İnter Mayami"nin məşhur futbolçuları Luis Suares, Lionel Messi, Jordi Alba və Serxio Buskets də meydana çıxıblar.

Bu komandalar arasında cavab qarşılaşması mayın 1-də keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right