İtaliya A Serkiyasının 34-cü turunun bu gün baş tutmalı olan "Atalanta" - "Leççe" matçı təxirə salınıb.
Newsport.az xəbər verir ki, buna səbəb qonaq komandanın fizioterapevti Qratsiano Fioritanın ölümüdür. Məlumatı turnirin mətbuat xidməti yayıb.
47 yaşlı fizioterapevt otağında ölü tapılıb.
"Atalanta" - "Leççe" qarşılaşması 27 aprel tarixində, Bakı vaxtı ilə 23:45-də baş tutacaq.