"Lester"in hücumçusu Ceymi Vardi cari mövsümün sonunda klubdan ayrılacaq.
Newsport.az xəbər verir ki, bu barədə 38 taşlı forvard özü danışıb.
O, klubun saytına açıqlamasında komanda ilə vidalaşacağın bildirib.
Vardi 2012-ci ildən "Lester"də oynayır. İngiltərəli futbolçu komanda ilə Çempionşipdən İngiltərə Premyer Liqasına yüksəlib. O, 2015/2016 mövsümündə isə "Lester"in İngiltərə çempionluğunu qazanmasına kömək edib. Həmin vaxt Ceymi Premyer Liqada mövsümün oyunçusu seçilib.