Futbol üzrə İngiltərə Premyer Liqasına vəsiqə qazanan "Lids" klubu baş məşqçisi Daniel Farke ilə yollarını ayıra bilər.
Newsport.az "Daily Mail"ə istinadən xəbər verir ki, rəhbərlik 48 yaşlı mütəxəssisin növbəti mövsümdə komandanı çempionatda saxlaya biləcəyinə əmin deyil.
Çempionşipdə çıxış edən komanda aprelin 21-də Premyer Liqaya vəsiqəni təmin edib. "Lids" 44 turdan sonra 94 xalla liderdir.
Qeyd edək ki, Daniel Farke 2023-cü ildən "Lids"də işləyir.