"Çelsi"ni "Mançester Yunayted"ə dəyişə bilər

"Çelsi"nin futbolçusu Kristofer Nkunku Premyer Liqada klubunu dəyişə bilər.

Newsport.az xəbər verir ki, "Mançester Yunayted" fransalı hücumçunu transfer etəmk istəyir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

"Çelsi" oyunçusunu satmağın əleyhinə deyil. London klubu 27 yaşlı forvard üçün 40 milyon avro təzminat tələb edir.

Qeyd edək ki, "Çelsi" Kristofer Nkunkunu 2023-cü ilin yayında "Leypziq"dən transfer edib. Təcrübəli futbolçu bu mövsüm "mavilər"in heyətində meydana çıxdığı 42 rəsmi matçda 14 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right