Yunanıstan Superliqasında ilk dəfə: türkiyəli hakim

Yunanıstan Superliqasının oyununu tarixdə ilk dəfə türkiyəli hakim idarə edəcək.

Newsport.az xəbər verir ki, bu barədə Yunanıstan mətbuatı məlumat yayıb. 

Bildirilib ki, FİFA referisi Halil Umut Meler aprelin 27-də keçiriləcək Superliqanın final mərhələsinin AEK - "Olimpiakos" matçınının baş hakimi olacaq. Oyun Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.

Qeyd edək ki, Yunanıstan Superliqasına əcnəbi hakimlər, o cümlədən azərbaycanlı FİFA referisi Əliyar Ağayev tez-tez təyinat alır. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right