"Borussiya" "Çelsi"nin futbolçusunu buraxmaq istəmir

"Borussiya" "çelsi"dən icarəyə götürdüyü Karni Çukvuemeka ilə bağlı qərarını verib.

Newsport.az xəbər verir ki, Bundesliqa klubu ingiltərəli yarımmüdafiəçini ən azı bir mövsüm də saxlamaq istəyir. Bu barədı insayder Fabritsio Romano məlumat yayıb.

"Borussiya" 21 yaşlı oyunçunun icarə müddətinin artırılması ilə bağlı "Çelsi" ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, "Borussiya" Karni Çukvuemekanı bu ilin fevral ayında icarəyə götürüb. İngiltərə U-21 millisinin üzvü Dortmund təmsilçisinin heyətində keçirdiyi 10 oyunda 1 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right