Səudiyyə Ərəbistanı klubları "Barselona" ilə 4 futbolçusu üçün görüşdü

"Əl-Nəsr", "Əl-Hilal" və "Əl-İttihad" klubları "Barselona" rəhbərliyi ilə görüşərək Kataloniya təmsilçisinin 4 futbolçusunun potensial alışını müzakirə ediblər.

Newsport.az xəbər verir ki, bu barədə məlumatı "Sport.es" paylaşıb.

Bildirilir ki, "Əl-Hilal" cinah oyunçusu Rafinya ilə fəal maraqlanır. Braziliyalı futbolçu "Barselona" ilə yeni müqavilə ilə bağlı danışıqlar aparır, lakin tərəflər müqavilənin müddəti və maaşı ilə bağlı fikir ayrılığına düşüb.

"Əl-Nəsr"in hədəfindəki futbolçular Ronald Arauxo və Jül Kundedir.

 "Əl-İttihad" isə hələ bir neçə ay əvvəl müqavilə bağlaya biləcəyi Kataloniya klubunun yarımmüdafiəçisi Frenk de Yonqla maraqlanır. Amma de Yonqun klubu ilə müqaviləni uzatma ehtimalı daha yüksəkdir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right