“Qarabağ”a qol vuran futbolçu ən yaxşı seçildi

Birləşmiş Ərəb Əmiurlikləri milli komandasının forvardı Əhməd Xəlil Asiyada ilin futbolçusu seçilib. 
Newsport.az-ın məlumatına görə, bu mübarizədə favorit 2013-cü ilin ən yaxşısı çinli Çen Çi göstərilirdi. O, "Quançjao”nun heyətində qitənin Çempionlar Liqasınının qalibi olmuşdu. Əlavə edək ki, "Quançjao” məhz Əhməd Xəlilin şərəfini qoruduğu "Əl Əhli”ni məğlub etmişdi. 

Xəlili həmçinin cari ildə milli komanda ilə Asiya Kubokunda üçüncü olub. 
 
İngiltərənin "Tottenhem” klubunun futbolçusu Son Hyun Min isə Asiyadan kənarda çıxışedənlər arasında ən yaxşı seçilib. 
Qeyd edək ki, Son Avropa Liqasının qrup mərhələsinin IV turunda Londonda "Qarabağ”ın qapısından iki qol keçirmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right