Kapitan "Fənərbaxça"dan ayrılacaq

"Fənərbaxça" mövsümün sonunda klubla müqaviləsi başa çatan Edin Ceko ilə bağlı qərar verib.

Newsport.az xəbər verir ki, İstanbul nəhəngi kapitanı ilə yollarını ayıracaq. Bu barədə "TRT Spor" məlumat yayıb.

Super Liqa klubu 39 yaşlı hücumçu ilə yeni müqavilə imzalamayacaq. Təcrübəli forvard yayda komandadan ayrılacaq.

Qeyd edək ki, Edin Ceko bu mövsüm "Fənərbaxça"nın heyətində keçirdiyi 48 oyunda 19 qol vurub, 8 məhsuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right