İngiltərənin "Norviç Siti" klubu Yohannes Hoff Torupla yollarını ayırıb.
Newsport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Norviç Siti"ni müvəqqəti olaraq Cek Uilşer çalışdıracaq. Bu vaxta qədər köməkçi məşqçi vəzifəsində çalışmış ingiltərəli mütəxəssis komandanın Çempionşipda son iki matça çıxaracaq.
Qeyd edək ki, Cek Uilşer futbolçu karyerası ərzində uzun illər "Arsenal"da çıxış edib.