"Liverpul"dan gedir

"Liverpul"un futbolçusu Darvin Nunes yayda komandanı tərk edəcək.

Newsport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Uruqvaylı hücumçu artıq yekun qərar qəbul edib. Bildirilir ki, "Liverpul" da bu ayrılığa müsbət yanaşır.

Yanvar ayında Nunes Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubuna keçməyə yaxın idi, lakin sonda "mersisaydlılar" onu mövsüm ərzində satmaqdan imtina ediblər.

Darvin "Liverpul"a 2022-ci ildə "Benfika"dan 75 milyon +25 milyon avroya keçib. Cari Premyer Liqa mövsümündə o, 25 oyuna çıxıb və 5 qol vurub. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right