"Qalatasaray"ın hücumçusu bu klubla anlaşdı

İcarə əsasında "Qalatasaray"da çıxış edən Viktror Osimhen karyerasını İngiltərədə davam etdirə bilər.

Newsport.az xəbər verir ki, "Mançester Yunayted" nigeriyalı forvardı heyətinə qatmağa yaxındır. Bu barədə "Tuttosport" məlumat yayıb.

"Qırmızı şeytanlar" Osimhenin nümayəndələri ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb. "Mançester Yunayted" 26 yaşlı hücumçunun müqavilə ilə məxsus olduğu "Napoli" ilə anlaşsa, transfer rəsmələşə bilər.

Qeyd edək ki, "Qalatasaray" Viktor Osimheni ötən ilin sentyabr ayında icarəyə götürüb. Ulduz futbolçu "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 34 rəsmi matçda 29 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right