"Bayer"i "Qalatasaray"a dəyişə bilər

"Bayer"in yarımmüdafiəçisi Qranit Caka karyerasını Türkiyədə davam etdirməyə yaxındır.

Newsport.az Almaniya mətbuatına istinadən xəbər verir ki, "Qalatasaray" isveçrəli futbolçunu heyətinə qatmaq istəyir.

Caka özü "sarı-qırmızılar"ın təklifinə isti yanaşır. Klublar anlaşsa, 32 yaşlı yarımmüdafiəçi "Qalatasaray"la müqavilə imzalayacaq.

Qeyd edək ki, Qranit Caka bu mövsüm "Bayer"in heyətində meydana çıxdığı 46 rəsmi matçda 2 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right