"Fənərbaxça" rəhbərliyindən Joze Mourinyo qərarı

"Fənərbaxça" rəhbərliyi əsas komandanın baş məşqçisi Joze Mourinyonun klubdakı gələcəyini müzakirə edib.

Newsport.az xəbər verir ki, Super Liqanın 32-ci turunda "Kayserispor"la heç-heçədən (3:3) sonra "sarı-lacivərtlilər" əsas rəqibi "Qalatasaray"dan 5 xal geri qalır.

Klubun İdarə Heyətinin iclasında üzvlərdən bəziləri Mourinyonun istefaya göndərilməli olduğunu bildirib. Lakin klub prezidenti Ali Koç və bir çox üzvlər hazırda baş məşqçi dəyişikliyinə ehtiyac olmadığını bildirib. Nəticədə Joze Mourinyonun mövsümün sonuna kimi komandada qalacağı ilə bağlı qərar verilib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right