"Nyukasl"ın yarımmüdafiəçisi Sandro Tonali komandadab ayrıla bilər.
Newsport.az "CaughtOffside"yə istinadən xəbər verir ki, italiyalı futbolçu Avropada 6 klubun transfer siyahısında yer alıb.
"Barselona", "Bavarira", "Real", "Yuventus", "Mançester Siti" və PSJ Tonalini heyətinə qatmaq istəyir. İngiltərə klubu 24 yaşlı mərkəz yarımmüdafiəçisi üçün 80 milyon avro təzminat tələb edir.
Qeyd edək ki, "Nyukasl" Sandro Tonalini 2023-cü ildə "Milan"dan transfer edib. İtaliya millisinin üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində keçirdiyi 40 rəsmi matçda 5 qol vurub, 3qol ötürməsi edib.