"Qalatasaray"dan Lukas Torreyra qərarı

"Qalatasaray" Lukas Torreyra ilə bağlı qərar verib.

Newsport.az xəbər verir ki, İstanbul nəhəngi uruqvaylı yarımmüdafiəçini komandada saxlamağı bacarıb. Klub futbolçunun müqaviləsinin uzadılması ilə bağlı Türkiyə Futbol Federasiyasına (TFF) məlumat verib.

29 yaşlı orta xətt oyunçusu ilə 2027/2028 mövsümünün sonuna kimi nəzərdə tutulan sözləşmə imzalanıb.

Qeyd edək ki, "Qalatasaray" Lukas Torreyranı 2022-ci ilin yayında "Arsenal"dan transfer edib. Təcrübəli futbolçu bu mövsüm "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 3 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right