A Seriyasının təxirə salınan oyunlarının vaxtı açıqlandı

İtaliya A Seriyasında Roma Papasının ölümü ilə əlaqədar təxirə salınan oyunların tarixi açıqlanıb.

Newsport.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

“Udineze” – “Torino”, “Kalyari” – “Fiorentina”, “Cenoa” – “Latsio” və “Parma” – “Yuventus” matçları aprelin 23-də keçiriləcək. Görüşlər Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

Xatırladaq ki, sözügedən oyunlar aprelin 21-də keçirilməli idi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right