"Arsenal" "Bavariya"nın futbolçusu üçün hərəkətə keçdi

"Bavariya"nın mövsümün sonunda yollarını ayırmaq istədiyi Kinqsli Koman İngiltərə Premyer Liqasında oynaya bilər.

Newsport.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, "Arsenal" fransalı vingeri transfer etmək istəyir. London klubu Koman üçün ilkin təmaslara başlayıb.

"Arsenal" 28 yaşlı futbolçunu yayda heyətinə qatmağa çalışacaq.

Qeyd edək ki, "Bavariya" Konqsli Komanı 2015-ci ilin avqust ayında "Yuventus"dan transfer edib. Fransa millisinin üzvü bu mövsüm menhenlilərin heyətində keçirdiyi 37 oyunda 7 qol vurub, 4 qol ötürməsi edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right