"Qalatasaray"ın 3 futbolçusu yarımfinalda oynamayacaq

"Qalatasaray" Türkiyə Kubokunun yarımfinal mərhələsində "Konyaspor"la üz-üzə gələcək.

Newsport.az xəbər verir ki, İstanbul təmsilçisi oyuna ciddi itkilərlə çıxacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Müdafiəçilər Elias Yelertlə Kaan Ayhan və hücumçu Alvaro Morata komandaya kömək edə bilməyəcək. Zədəli olan futbolçular kollektivlə birlikdə Konyaya aparılmayıb.

Qeyd edək ki, "Konyaspor" - "Qalatasaray" qarşılaşması sabah Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right