Ta “Bayer”dən ayrılacağını açıqladı

Conatan Ta “Bayer”dən ayrılır. Mərkəz müdafiəçisi yayda Leverkuzen klubunu azad agent kimi tərk edəcəyini açıqlayıb.

Newsport.az xəbər verir ki, 29 yaşlı almaniyalı “Bayer”lə yeni müqavilə məsələsində anlaşa bilməyib. Bu səbəbdən o, 2015-ci ildən şərəfini qoruduğu son çempionu tərk edəcək: “Hər şeyə çoxdan qərar vermişdim. Heç nə dəyişməyib. Yayda yeni macəraya başlayacam”.

Tanın hansı kluba gedəcəyi bəlli deyil. Onunla “Barselona” və bir neçə ingilis klubu yaxından maraqlanır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right