Konseysao: "Mənə hörmət edilmir"

"Milan"ın baş məşqçisi Serxio Konseysao komandadan ayrılacağı haqda məlumatlara münasibət bildirib.

Newsport.az xəbər verir ki, mütəxəssis bu məlumatları təkzib etməyib: 

"Mən bura gəlib Superkuboku qazanandan bəri hər gün "Milan"a tezliklə yeni məşqçinin təyin olunacağı barədə danışılır. Mənim üçün fərqi yoxdur, amma komanda bütün bu xəbərləri oxuyur və ona görə də stabillik yoxdur.

Sabah daha yaxşı olmaq üçün bu gün çalışmalıyıq. Mənim üçün də asan deyil. Çünki mənə lazımi hörmət yoxdur. İnsanlar elə danışırlar ki, sanki "Milan"ın baş məşqçisi komandaya heç futbol oynatmayıb. Gələcəyim heç nədən asılı deyil. Kuboku qazanmaq üçün “İnter”lə növbəti oyuna hazırlaşmalıyam".

Qeyd edək ki, bu gün insayder Fabritsio Romano "Milan"ın baş məşqçisi ilə mövsümün sonunda yollarını ayırmaq qərarına gəldiyi haqda məlumat paylaşıb. 

50 yaşlı mütəxəssis 2024-cü ilin dekabrında "Milan"a baş məşqçi təyin edilib. Komanda onun rəhbərliyi altında bütün turnirlərdə 24 oyun keçirib, 11 qələbə qazanıb, 5 dəfə heç-heçə edib, 8 matçda isə məğlub olub.

"Milan" hazırda İtaliya A Seriyasında 33 oyundan sonra 51 xalla 9-cu pillədə qərarlaşır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right