"Bavariya"nın futbolçusuna təkliflər var

"Bavariya"nın müdafiəçisi Kim Min Ce yayda komandadan ayrılmağa yaxındır.

Newsport.az xəbər verir ki, baş məşqçi Vensan Kompaninin performansını bəyənmədiyi koreyalı futbolçuya Avropadan təkliflər var. Bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.

"Yuventus", "Nyukasl" və "Çelsi" Kimi heyətinə qatmaq istəyir. Almaniya klubu sərfəli təklif gələcəyi təqdirdə 28 yaşlı mərkəz müdafiəçisini satmağa hazırdır.

Qeyd edək ki, "Napoli" Kim Min Ceni 2023-cü ilin yayında "Napoli"dən transfer edib. Cənubi Koreya millisinin üzvü olan təcrübəli oyunçu bu mövsüm Münhen təmsilçisinin heyətində keçirdiyi 42 oyunda 3 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right