"Barselona" mövsümün sonunda klubla müqaviləsi başa çatan Voyçex Şensnıy ilə bağlı qərar verib.
Newsport.az xəbər verir ki, La Liqa nəhəngi polşalı qolkiperi komandada saxlamaq istəyir. Bu barədə "Marca" nəşri məlumat yayıb.
Klubun idman direktoru Şensnıya yeni sözləşmə təklif edib. 35 yaşlı "əlcək sahibi" ilə qarşıdakı günlərdə yeni müqavilə imzalanacağı gözlənilir.
Qeyd edək ki, Voyçex Şensnıy ötən ilin oktyabr ayından "Barselona"da çıxış edir. Polşa millisinin üzvü Kataloniya təmsilçisinin heyətində 24 oyunda iştirak edib.