"Beşiktaş" növbəti mövsüm üçün heyətinə yeni hücumçu cəlb etməyi planlaşdırır.
Newsport.az xəbər verir ki, İstanbul nəhənginin əsas hədəfi "Sauthemton"da çıxış edən Pol Onuaçudur. Bu barədə "Sabah" nəşri məlumat yayıb.
Premyer Liqadan düşəcəyi dəqiqləşən "Sauthempton" nigeriyalı futbolçunu satmağın əleyhinə deyil. "Beşiktaş" artıq İngiltərə klubu ilə ilkin təmaslar qurub.
2023/2024 mövsümündə icarə əsasında "Trabzonspor"un formasını geyinmiş 30 yaşlı forvard özü də Türkiyəyə qayıtmağa isti yanaşır.
Qeyd edək ki, "Sauthempton" Pol Onuaçunu 2023-cü ilin yanvar ayında "Genk"dən transfer edib. Nigeriya millisinin üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 24 oyunda 4 qol vurub, 1 assist edib.