Kilian Mbappe İspaniya kubokunun finalında "Barselona" ilə qarşılaşmada "Real"a kömək edəcək.
Newsport.az “Tiempo de Juego” portalına istinadən xəbər verir ki, fransız forvard “Barsa” ilə final görüşünə qədər tam sağalacaq.
26 yaşlı futbolçu Çempionlar Liqasında "Arsenal"la oyunda (1:2) topuğundan zədələnmişdi.
Üstəlik, Mbappenin aprelin 23-də La Liqada "Xetafe" ilə görüşdə meydana çıxacağı da gözlənilir.