“Mançester Siti” “Barselona”nın qapısını döydü

“Mançester Siti” yayın ən səs-küylü transferini reallaşdıra bilər. “Şəhərlilər” “Barselona”dan Pedrini transfer etmək üçün kisənin ağzını açıb.

Newsport.az xəbər verir ki, heyətini yeniləmək istəyən İngiltərə nəhəngi klubdan gedəcəyi dəqiqləşən Kevin de Bruyneyə əvəzedici axtarır. Camal Musialanın keçidini reallaşdırmaq mümkün olmadığından indi əsas hədəf İspaniya nəhənginin yarımmüdafiəçisidir. Baş məşqçi Xosep Qvardiola israrla istədiyi Pedrinin gəlişi üçün keçmiş klubu ilə öz əlaqələrini də işə salıb.

Katalonlarla müqaviləsinin müddətini 3 ay öncə yenləyən 22 yaşlı oyunçunun anlaşması 2030-cu ilədəkdir. 2019-cu ildə “Las Palmas”dan 23 milyon avroya alınan Pedrinin müqaviləsində 1 milyard avroluq satınalma bəndi mövcuddur. Lakin oyunçunun hazırkı bazar qiyməti 120 milyondan çox deyil.

İngilislər “Barselona”nı razı salmaq üçün 200 milyon funt sterlinqdən keçməyə razıdır. Anlaşma mümkün olsa, Pedri Premyer Liqada ən çox maaş alan futbolçu olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right