Fatih Terim "Beşiktaş"ın futbolçusunun xidmətində maraqlıdır

"Beşiktaş"ın futbolçusu Joao Mario karyerasına başqa ölkədə davam edə bilər.

Newsport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının "Əl-Şabab" klubu portuqaliyalını bu yay heyətinə qatmağı planlaşdırır.

Bu klubun baş məşqçisi Fatih Terim Joaonu sərəncamında görmək istədiyini rəhbərliyə bildirib.

Portuqaliya millisinin üzvü “Beşiktaş”a 2027-ci il iyunun 30-na qədər məxsusdur.

O, “Sportinq”, “İnter”, “Vest Hem”, “Lokomotiv”(Moskva), “Benfika” klublarında oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right