“Real”ın 22 yaşlı müdafiəçisi Raul Asensio klubu ilə yeni müqavilə imzalayıb.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər arasında yeni anlaşma 2029-cu ilə qədər hesablanıb.
İspaniyalı futbolçunun əvvəlki müqaviləsinin müddəti cari mövsümünün sonunda başa çatacaq. O, bu mövsüm bütün turnirlərdə 34 matçda meydana çıxıb və 2 məhsuldar ötürmə edib. Onun komandası La Liqa çərçivəsində bu gün “Atletik”in qonağı olacaq.
“Real” İspaniya çempionatının 31 turundan sonra 66 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.