“Barselona”nın yarımmüdafiəçisi Rafinya cari mövsümdə 51 dəfə məhsuldar çıxışla yadda qalıb.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Avropanın top-5 liqasında bir mövsümdə braziliyalılar arasında məhsuldarlığın sayı baxımından həmyerlisi Neymarla bərabərləşib.
Rafinyanın bu mövsümdə 30 qolu və 21 məhsuldar ötürməsi var. Neymar da 2015/16 mövsümündə eyni sayda məhsuldarlıq nümayiş etdirmişdi.
Braziliyalı vinger 2022-ci ilin yayından “Barselona”da çıxış edir. Onun hazırkı müqaviləsinin müddəti 2027-ci ilin iyununun sonunda başa çatacaq.