"Fənərbaxça" millinin müdafiəçisi ilə yollarını ayıra bilər

"Fənərbaxça" müdafiəçilərindən biri ilə yollarını ayırmaq istəyir.

Newsport.az "Fanatik"ə istinadən xəbər verir ki, İstanbul təmsilçisi Çağlar Söyüncünün müqaviləsinə xitam verməyi planlaşdırır.

Amma bununla bağlı təcrübəli müdafiəçinin özü ilə danışıqlar aparılır.

28 yaşlı futbolçu 2024-cü ildə “Atletiko”dan (Madrid) “Fənərbaxça”ya keçmişdi.

O, bundan əvvəl “Altınordu”, “Frayburq”, “Lester” klublarında da çıxış edib. Onun bu klubla müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right