Totti: “Ronaldo ilə oynamaq istərdim”

“Roma”nın keçmiş futbolçusu Françesko Totti eyni komandada kiminlə oynamaq istədiyini açıqlayıb.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, sabiq hücumçu bunu deyib:

“Braziliyalı Ronaldo ilə oynamaq istərdim. O, Lionel Messi və Kriştiano Ronaldodan güclü idi. Bunlar qeyri-adi üç fərqli oyunçudur. Dieqo Maradonadan sonra Ronaldonu seçərdim. Onlar insan deyildilər”.

Totti bütün karyerasını “Roma”da keçirib. O, bu klubda 785 oyun keçirib və A Seriyası çempionluğunu, iki İtaliya kubokunu, iki ölkə superkubokunu qazanıb. Totti İtaliya millisi ilə 2006-cı ildə dünya çempionu olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right