"Fənərbaxça"nın futbolçusu xəstəxanaya yerləşdirildi

Türkiyənin "Fənərbaxça" klubunun heyətində itki baş verib.

Newsport.az xəbər verir ki, Super Liqa nəhənginin yarımmüdafiəçisi Mert Hakan Yandaşın səhhətində problem yaranıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İnfeksiya aşkarlanan 30 yaşlı türk futbolçu xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, Mert Hakan Yandaş bu mövsüm "Fənərbaxça"nın heyətində meydana çıxdığı 27 rəsmi matçda 1 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right